Azərbaycan 81-ci yerdədir



Heritage Fondu 2014-cü il üçün iqtisadi azadlıq indekslərini elan edib. Fondun qiymətləndirməsinə görə, Azərbaycanın iqtisadi azadlıq balı 61.3 olmalqa ölkə 81-ci yerdədir.

Bu ötən il ilə müqayisədə 1.6 bənd çoxdur. Ölkəmizin indeksinin yüksəlməsi dövlət maliyyəsi və mülkiyyət hüquqları üzrə balının artması ilə bağlıdır.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, indeksin hazırlanma metodologiyası qanunun aliliyi (mülkiyyə haqqları və korrupsiyadan azad olma səviyyəsi), hökümətin ölçüsü (fiskal azadlıq, hökumət xərcləmələri), tənzimləmənin səmərəliliyi (biznes azadlığı, əmək azadlığı, monetar azadlıq) və açıq bazar (ticarətin azadlığı, sərmayənin azadlığı, maliyyə azadlığı) üzrə qiymətləndirmələrin aparılmasından ibarətdir. Hər bir istiqamət üzrə konkret hesablamalar aparılır.

MDB-dən heç bir ölkə azad və ya əsasən azad ölkələr qrupuna daxil edilməyib. Qazaxıstan (67-ci yer) və Ermənistan (41-ci yer) ilə yanaşı ölkəmiz də qismən azad ölkələr qrupundadır. Təəssüüf ki, MDB-nin digər ölkələrinin aldıqları ballar olduqca aşağıdır. Məsələn, Rusiya hesabatda 140-cı, Ukrayna 155-cidir: "

Ümumiyyətlə, bu indeksın əsas məzmunu hökumətin biznes fəaliyyəti üçün hansı səviyyədə şərait yaratması ilə yanaşı həmçinin dövlətinin rolunun iqtisadiyyatda ölçülməsi ilə bağlıdır. Hesabatda Fransa 70-ci yerdədir və Qazaxıstan sözügedən ölkədən 3 pilli öndədir. Amma bu heç də o anlama gəlməməlidir ki, Qazaxıstan Fransadan iqtisadi baxımdan daha azad ölkədir, sadəcə, Parisdə dövlətin iqtisadiyyata müdaxiləsi yüksək olduğu üçün bu ölkə qismən azad ölkələr qrupunda özünə yer alıb. Bu baxımdan, əslində metodologiyanın yenidən işlənməsi də olduqca vacibdir.

Bütün bunlarla yanaşı, Azərbaycanın yerinin 2013-cü ilə nisbətən 7 pillə irəlləməsi ölkə üçün müsbət haldır. Eyni zamanda, indeksdə yerimizin daha da yaxşılaşdırılması üçün metodologiyada əsk olunan istiqamətlər üzrə islahatların davam etdirilməsinə ehtiyac var".

Elnur
AzNews.az