15:27
(077) 610-22-33

Çöhrəqanlı yenidən Bakıya gələ bilər

  • >
494 15 Yanvar 2014 12:20 | Cəmiyyət

"Mahmudəli Çöhrəqanlı ilə bağlı qərarı Dünya Azərbaycanlıları Konqresinin keçirəcəyi qurultayda verəcəyik".


Bunu Modern.az saytına DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı deyib. O bildirib ki, həmin qurultaya Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri Çöhrəqanlı da dəvət olunacaq.

"Qurultay Azərbaycanda keçirilsə, onu ölkəyə dəvət edəcəyik. Keçən dəfə Çöhrəqanlı Azərbaycana gələndə rəsmi dairələrdən cavab ala bilməmişdi. Bu da ona problem yaratdı. O, Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət etməlidir. Səfirlik isə Xarici İşlər Nazirliyi ilə məsləhətləşib razılaşandan sonra GAMOH rəhbəri Azərbaycana gələ bilər. Vizasız gəlmək, əlbəttə, normal deyil". Deputat onu da bildirib ki, Çöhrəqanlının Azərbaycana gələ bilməməsinin əsas səbəblərindən biri də İranla problem yaratmamaqdır.

Qeyd edək ki, bir neçə ay öncə S. Rüstəmxanlı prezident İlham Əliyevə Çöhrəqanlının Azərbaycana gəlməsi ilə müraciət edib. 2013-cü ilin avqust ayında Çöhrəqanlı Bakıya gəlsə də, viza problemindən dolayı geri qaytarılmışdı.

AzNews.az
Bağla X