09:55
(077) 610-22-33

Əli Əhmədov Qarabağ qazilərini qəbul edib

  • >
455 15 Yanvar 2014 18:14 | Cəmiyyət

Bu gün baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov "Qarabağ qaziləri" birliyinin sədri Etimad Əsədovu, sədr müavini Firudin Məmmədovu, birliyin rəhbərliyində təmsil olunan Rizvan Vəliyev, Yaşar Qazıyev və Rey Kərimoğlunu qəbul edib.

"Qarabağ qaziləri" birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iştirak edən Qarabağ qaziləri Azərbaycan dövlətinin, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ müharibəsi əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən, həyata keçirilən dövlət proqramlarından danışıb, bu qəbildən olan insanların həlli vacib problemlərini müzakirə ediblər.

Qarabağ qaziləri bir müddət əvvəl hazırlanan və prezident İlham Əliyevə göndərilən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən sağlamlığını itirib əlil olmuş şəxslərin - Qarabağ qazilərinin sosial problemlərinin həllinə dair təklifləri baş nazirin müavininə təqdim ediblər.

Qazilərin qayğı və təkliflərini dinləyən Ə.Əhmədov prezident İlham Əliyev başda olmaqla dövlətin bu qəbildən olan insanlara diqqət və qayğısından söz açıb, gələcəkdə də onların problemlərinin həlli istiqamətində, imkan daxilində, bütün zəruri addımların atılacağını bildirib.

Qarabağ əlillərinin, veteranların və şəhid ailələrinin problemi müzakirə edilən görüşdə müharibə adamlarının problemlərinin həlli üçün QHT-lərlə dövlət orqanlarından ibarət birgə işçi qrupunun yaradılması da müzakirə edilib.

Ə.Əhmədov sonda bildirib ki, belə görüşlərin sistemli halda və ildə iki dəfə keçirilməsi daha səmərəli olardı. O, müzakirələrlə bağlı dövlət başçısına məruzə ediləcəyini də qeyd edib.


AzNews.az
Bağla X