Mirşahin 7 saytı məhkəməyə verdi - SİYAHI

"ANS" Müstəqil Yayım və Media Şirkəti bir sıra sayt və portalları bu gün məhkəməyə verib.


"Qafqazinfo" xəbər verir ki, ANS MYMŞ-nın Hüquq Departamentindən ANS PRESS-ə verilən məlumata görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqları üçün, məhkəmədə cavab verəcək portallar aşağıdakılardır: Aznews.az, Interpress.az, Azvision.az, Demokratiya.info, Axar.az, Publika.az, Presspost.az.

Bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Adları çəkilən portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər.

***

Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu "Qafqazinfo"ya açıqlamasında deyib ki, onlar ancaq ANS-də işdən çıxarılanlarla bağlı məlumat yayıblar:

"Bu əsəblə verilən bir qərardır və heç bir əsası yoxdur. Onlar əslində başqa informasiyaya əsəbiləşiblər. Məhkəmədə hüquqlarımızı müdafiə edəcəyik".


AzNews.az