Suriyada daha bir azərbaycanlı öldürülüb

Suriyada daha bir azərbaycanlı öldürülüb. APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Məlumata görə, "Əl-Nüsra Cəbhəsi" sıralarında Bəşər Əsədə qarşı vuruşan "Əbu Zər-Azəri" ləqəbli azərbaycanlı yanvarın 14-də Suriyanın Xama bölgəsində hökumət qüvvələri tərəfindən öldürülüb.


Onun əsl adı və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır.


Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu yoldaşları tərəfindən sosial şəbəkələrdə yayılıb.


AzNews.az