07:12
(077) 610-22-33

Çin səfiri Bakı Ali Neft Məktəbində- Foto

  • >
468 16 Yanvar 2014 10:44 | Cəmiyyət

Çin Xalq Respublikasının(ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Xun Tsuin Bakı Ali Neft Məktəbində olub.


Görüş çərçivəsində qonağa Bakı Ali Neft Məktəbinin yaranma tarixi, tələbə qəbulu prosesinin nəticələri, təhsil ocağının əsas hədəfləri haqqında ətraflı məlumat verən ali məktəbin rektoru Elmar Qasımov bildirib ki, Avropa Kredit Transfer sisteminin şərtlərinə uyğun tədris prosesinin təşkil edildiyi bu ali məktəblə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında əməkdaşlıq münasibətləri qurulub ki, bu əlaqələr nəticəsində Bakı Ali Neft Məktəbində həmin universitetin tədris proqramları tətbiq olunur, eyni zamanda dərslərdə keyfiyyətə nəzarəti, imtahanların keçirilməsi və qiymətləndirilməsi prosesi partnyor universitet tərəfindən həyata keçirilir və sonda ali təhsillərini uğurla başa vuran tələbələrə iki diplom- həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot Vatt Universitetinin diplomları verilir.

Daha sonra E.Qasımov Bakı Ali Neft Məktəbinin dünyanın tanınmış universitetlərindən birinə çevrilməsi üçün bu istiqamətdə aparılan işlər haqqında qonağa məlumat verərək qeyd edib ki, bu məqsədə nail olmaq üçün ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsi və müasir təcrübələrdən faydalanması olduqca vacib məsələlərdəndir.

O vurğulayıb ki, bu baxımdan dünyanın inkişaf etmiş dövlətləri sırasında öncül yerlərdən birini tutan Çin Xalq Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması Bakı Ali Neft Məktəbi üçün xüsusi maraq kəsb etməkdədir.

Səfir Xun Tsuin Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissləri keçirdiyini qeyd edib, Azərbaycanda ingilis dilində tədris həyata keçirən belə müasir tipli texniki ali məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir addım olduğunu vurğulayıb.

O, bu təhsil ocağının ÇXR-nın müvafiq qurumları və bu istiqamətdə fəaliyyət göstərən ali təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.
Görüşün sonunda Səfir Xun Tsuinə Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu verilib.

AzNews.az
Bağla X