14:04
(077) 610-22-33

Xərçəngə tutulan diktor: “Bircə əvvəlki səsim qayıtsın”

  • >
715 16 Yanvar 2014 12:21 | Cəmiyyət

"Əsas səsimdi, bircə dərdim varsa o da səsimin geri qayıtmağıdır. Bircə əvvəlki səsim qayıtsın, daha heç nə istəmirəm. Mənim səsim mənim çörəkpulumdu. Allah eləsin ki, düzəlsin. Heç olmasa kadrarxasında danışa biləm".


Bunu AzNews.az-a xalq artisti, tanınmış diktor Rafiq Hüseynov deyib. Onun sözlərinə görə, həkimlər səsinin qayıtmasını bir-iki aya qədər çəkəcəyini bildirib:

"Təkcə əməliyyatla bitsəydi nə vardı ki. Hələ qarşıda çox proseslər, uzun müalicə var. Kimya-terapiya da bir aydan başlayacaq.

Qorxduğum da budur. Deyirlər terapiyadan sonra saç da tökülür. Keçəl olacağımı dərd etmirəm, əsas can sağlığıdır. Təki canım sağ, özüm də iş başında olum. Bunu yüz nemətə dəyişmərəm".

Xatırladaq k, R.Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkir və o, bununla əlaqədar Türkiyədə əməliyyat olunub.

Bahar Rüstəmli
AzNews.az
Bağla X