İTV mükafata layiq görüldü- Fotolar

İctimai Televiziya və Radio Yayımları Şirkəti direktorlar şurasının iclası keçirilib.

Qurumun mətbuat xidmətindən daxil olan xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev bildirib ki, iclasın keçirilməsində əsas məqsəd Milli Olimpia Komitəsinin televiziyaya xüsusi qayğı göstərməsi ilə bağlıdır.

Cəmil Quliyev İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Milli Olimpia Komitəsi arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Daha sonra Milli Olimpia Komitəsinin beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Könül Nurullayeva İctimai Televiziyanın Azərbaycanın olimpia hərəkatına xüsusi töhfələr verdiyini, o cümlədən bu yaxınlarda yekunlaşan "Fəal ailəm" və "Sağlam ailəm" layihələrinin bu işdə mühüm rol oynadığını bildirib.

Milli Olimpia Komitəsinin əməkdaşı Mehman Kərimov da İctima Televiziya ilə bu günə qədər həyata keçirilən layihələrin uğurlarından və əməkdaşlığın gələcək perspektivlərindən danışıb.

Nəhayət iclasın sonunda İctimai Televiziya və Radio Yayımları Şirkəti Milli Olimpia Komitəsinin xüsusi mükafatına layiq görülüb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev başda olmaqla şirkətin layihələrdə əməyi keçmiş əməkdaşları mükafatlandırılıblar. Eyni zamanda Milli Olimpia Komitəsi tərəfindən hazırlanan qış olimpia oyunları ilə bağlı film də İctimai Televiziyaya təqdim olunub.

AzNews.az
image description image description image description image description image description image description