10:36
(077) 610-22-33

İlham Əliyev “İlin adamı“ seçildi- VİDEO

  • >
650 16 Yanvar 2014 15:02 | Cəmiyyət

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu "2013-cü İlin adamı"nı elan edib. Bu ada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev layiq görülüb.

Beləliklə, Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev 2013-cü ildə Azərbaycan vətəndaşlarının etimadını qazanaraq ölkə prezidenti seçilməsi, Azərbaycanın nüfuzunun BMT Təhlükəsizlik Şurasının sədri kimi dünyada gedən proseslərə təsir göstərə biləcək həddə çatdırılması, ölkəmizin kosmik dövlətlər cərgəsinə qoşulması, uğurlu iqtisadi inkişaf tempini qoruyub saxlayaraq, Şahdəniz-2, TAP və TANAP layihələrinin uğurlu həyata keçirilməsi ilə Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rol, Avropa Birliyinə üzv olan ölkələrlə sadələşdirilmiş viza rejiminə keçidə nail olunması, Azərbaycanın regionda yürütdüyü ardıcıl və prinsipial siyasət nəticəsində dünya güclərinin İranla bağlı mövqeynin yumşalmasına zəmin yaratdığına görə "2013-cü ilin adamı" elan edilib.

Xatırladaq ki, "İlin adamı" mükafatı - 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, dövlətimizin müsbət imicinin formalaşdırılması naminə sanballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.(anspress)


Bağla X