- Köhnə - Cəmiyyət
- 16 Yanvar 2014 19:20
- 2 703
Elmar Məmmədyarov pakistanlı səfirlə görüşdü- FOTO
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə E.Məmmədyarov X.U.Qayseri Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Həmçinin görüşdə Azərbaycan ilə Pakistan arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Səfir diplomatik fəaliyyəti dövründə iki ölkə arasında qardaş münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
O, etimadnaməsinin surətini nazirə təqdim edib.
AzNews.az