06:29
(077) 610-22-33

İlham Əliyevə “İlin adamı“ mükafatı təqdim edildi

  • >
278 17 Yanvar 2014 14:18 | Cəmiyyət

Bu gün Prezident İlham Əliyevə ANS şirkətlər qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "2013-cü ilin adamı" mükafatı təqdim olunub.

Anspress-in məlumatına görə, bu yüksək mükafata layiq görüldüyünə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bildirdibki, öz fəaliyyəti ilə ölkəmizi gələcəkdə də inkişaf etdirməyə çalışacaq.

"Sizin verdiyiniz belə yüksək qiymət məni daha da ruhlandırır" deyən dövlət başçısı "İlin adamı" mükafatını təqdim edən ANS-in ölkədə ilk müstəqil telekanal olduğunu xatırladıb, Azərbaycanda müstəqil jurnalistikanın inkişafında ANS-in xüsusi rolunu qeyd edib.

ANS Şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev bu mükafatın 2001-ci ildən verildiyini deyib və bildirib ki, bu mükafatın ideya təməlində vətənpərvərlik və millətə göstərilən xidmətlərin dəyərləndirilməsi dayanır.

ANS Şirkətlər qrupunun rəhbəri, Çingiz Mustarfayev Fondunun İdarə Heyətinin üzvü Vahid Mustafayev bildirib ki, Prezident İlham Əliyev bu mükafata ölkə vətəndaşlarının etimadını qazanaraq yenidən prezidenti seçilməsi, Azərbaycanın nüfuzunun BMT Təhlükəsizlik Şurasının sədri kimi dünyada gedən proseslərə təsir göstərəcək həddə çatdırılması, ölkəmizin kosmik dövlətlər cərgəsinə qoşulması, uğurlu iqtisadi inkişaf tempini qoruyub saxlayaraq Şahdəniz-2, TAP və TANAP layihələrinin uğurla həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun artırılması, Avropa Birliyinə üzv ölkələrlə sadələşdirilmiş viza rejiminə keçidə nail olunması, Azərbaycanın regionda yürütdüyü ardıcıl və prinsipial siyasətə görə layiq görülüb.

Bir daha minnətdarlığını bildirən Prezident İlham Əliyev pul mükafatının ənənəvi olaraq Silahlı Qüvvələr Fonduna köçürüləcəyini, ona təqdim olunan saatın isə muzeydə saxlanılacağını bildirib.

Deyilən xoş sözlərə görə təşəkkür edən Prezident İlham Əliyev 2013-cü ilin həqiqətən uğurlu olduğunu, ilin əvvəlində ASAN xidmətinin yaradıldığını, bu xidmətin korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizəyə yardım etdiyini vurğuladı. Şahdəniz-2 layihəsinin imzalanması ilə 2013-cü ilə gözəl yekun vurulduğunu deyən dövlət başçısı bu hadisənin ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəyini bildirdi. Prezident İlham Əliyev 2013-cü ildə "Azərspace -1" peykinin fəzaya buraxılmasını ilin mühüm hadisələrindən biri adlandırıb.

Peykin idarə edilməsinin artıq Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilməsinin önəmini qeyd etdi. Ötən ilin yaddaqalan hadisələri sırasında Davos forumunun Azərbaycanda keçirilməsini, ölkəmizin iqtisadi inkişaf templərinə görə Avropa qitəsində 1-ci olduğunu, sosial sahədə ciddi islahatlar aparıldığını, MDB məkanında ən böyük əmsalla sovet əmanətlərinin məhz Azərbaycan vətəndaşlarına verildiyini, təhsil, ordu quruculuğu, sosail sahələrdə çox ciddi islahatların keçirildiyini və bu islahatların artıq öz bəhrəsini verdiyini deyən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə ölkəmizin mövqeyinin ədalətə söykəndiyini bildirdi, dünyada Azərbaycana olan dəstəyin artdığını vurğulayıb.

Prezident İlham Əliyev medianın həyatımızdakı vacib rolundan danışdı, Azərbaycanda bütün azadlıqların mövcud olduğunu dedi, bildirdi ki, ANS kanalı müstəqil jurnalistikanın inkişafına gələcəkdə də töhvə verəcək. Dövlət başçısı çıxışının sonunda əmin olduğunu bildirdi ki, 2014-cü il də Azərbaycan üçün uğurlu olacaq.

Sonra xatirə şəkli çəkdirilib.

AzNews.az
Bağla X