18:52
(077) 610-22-33

Arzu Rəhimov vətəndaşları qəbul edəcək

  • >
338 17 Yanvar 2014 14:48 | Cəmiyyət

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov yanvarın 30-da Siyəzəndə şimal rayonlarında yaşayan vətəndaşlarla görüşəcək.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xidmətin Siyəzən rayon bölməsinin inzibati binasında (Siyəzən şəhəri, H.Əliyev küç. 1) Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayon sakinləri iştirak edə bilər.

Qəbula yazılmaq istəyən vətəndaşların yanvarın 29-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

AzNews.az
Bağla X