Dini Mədəniyyətin İnkişafı Fonduna 3 milyon ayrılıb - Sərəncam

Prezident İlham Əliyev Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Sərəncama əsasən, Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Dini Mədəniyyətin İnkişafı" fonduna 3 milyon manat ayrılır.

Maliyyələşməni müəyyən olunmuş qaydada təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.


AzNews.az