00:39
(077) 610-22-33

Müharibə veteranları ilə bağlı dövlət proqramı hazırlanacaq

  • >
460 18 Yanvar 2014 19:00 | Cəmiyyət

Azərbaycanda müharibə veteranları və əlilləri ilə bağlı xüsusi dövlət proqramının hazırlanması nəzərdə tutulur.
Bu barədə APA-ya hökumətdəki mənbələrdən məlumat verilib.


Hazırda bu məsələ ilə bağlı Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, digər əlaqədar qurumlarda iş aparılır.

Dövlət proqramında müharibə veteranları və əlillərin problemlərinin öyrənilməsi, onların sosial şəraitlərinin yaxşılaşdırılması, işlə təminatı, dövlət müəssisələrində müharibə veteranları üçün limit yerlərin ayrılması, sığorta və tibbi təminatı, veteran təşkilatlarının maliyyələşdirilməsi, güzəştli biznes kreditlərinin verilməsi, əlillərin reabilitasiyası, Veteranlar Fondunun yaradılması kimi çoxsaylı məsələlər əksini tapacaq.


AzNews.az
Bağla X