16:54
(077) 610-22-33

Əli Abbasov əmr imzaladı

  • >
299 21 Yanvar 2014 16:19 | Cəmiyyət

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamının 3.2-ci bəndinin icrası məqsədi ilə əmr imzalayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) verilən məlumata görə, əmrə əsasən, "Açıq Hökumətin təşviqinə dair 2012-2015 illər üçün Milli Fəaliyyət Planı"nın bilavasitə nazirliyə aid bəndlərinin icrasına dair 2014-cü il üçün iş planı, eləcə də "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın bilavasitə nazirliyə aid bəndlərinin icrasına dair 2014-cü il üçün iş planı təsdiq edilib.

RİTN-in Aparatının struktur bölmələrinə və tabeliyindəki qurumlara iş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında icra olunmasının təmin edilməsi tapşırılıb. Əmrin icrasına nəzarət RİTN-in Ümumi şöbəsinə tapşırılıb.

Qeyd edək ki, iş planlarına informasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığın artırılması, maraqlar toqquşmasının qarşısının alınması və maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsi, həmçinin etik davranış qaydalarının təkmilləşdirilməsi, dövlət satınalmalarının təkmilləşdirilməsi və şəffaflığının artırılması istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi daxildir.

AzNews.az
Bağla X