23:38
(077) 610-22-33

Telli Borçalı ANS - in müxbiri ilə üz-üzə gəldi - VİDEO

  • >
676 21 Yanvar 2014 19:02 | Cəmiyyət

ANS televiziyasının "Adam içində" verilişinə dəvət edilən və 20 Yanvarda toya getməsi haqqında xəbərləri təkzib edən aşıq Telli Borçalı bu olayla bağlı bəzi məqamlara açıqlama gətirdi.

ANS PRESS-in verdiyi məlumata görə, aşıq Telli Borçalı verilişdə bu informasiya haqqında bildirdi ki, ANS televiziyasının müxbiri Natiq adlı jurnalist 20 Yanvar günü məndən aşıq Namiq Fərhadoğlu haqda informasiya almaq üçün zəng elədi.

"Mən də Namiq Fərhadoğlu haqda heç nə deməmək üçün dedim ki, rayondayam, hazırda toydayam. Ancaq telefon əlaqəsi kəsildikdən sonra hiss etdim ki, bu informasiyanı jurnalist yayacaq. Ona görə də aşıq Ulduza zəng etdim ki, ANS-dən Natiq adlı jurnalist mənə zəng eləmişdi. Mən də ona müsahibə verməmək üçün dedim ki, rayonda ad günündəyəm. Ona de ki, mən evdəyəm, ev nömrəmə zəng eləsin ki, heç yerə getməmişəm. Səhərisi gün mətbuatda yayıldı ki, mən guya toya getmişəm", - deyə Telli Borçalı bildirdi.
"Adam içində" verilişinin aparıcısı Elgiz Əkbər isə dedi ki, sənətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkənin qəmli günlərində heç bir şadyanalıq etməməlidir, əgər belələri olubsa, onlara ar olsun. Verilişdə iştirak edən müğənni Aslan Hüseynov isə dedi ki, müxbirdə günah yoxdur, gərək sənətkar ağzından çıxan sözü 100 dəfə ölçüb biçməlidir.
"Salam Azərbaycan" verilişinin müxbiri Natiq isə əlavə etdi ki, o, hər bir kəsdən müsahibə almaq ixtiyarına malikdir və Telli xanımın belə ifadə işlətməsinin özü elə informasiyadır. O baxımdan hər kəs dediyi sözün ağası olamlıdır.




AzNews.az
Bağla X