Avtomobil idxalı ciddi nəzarətə götürülür

Bu ilin aprel ayından ölkədə "Euro-4" ekoloji standartına keçidlə bağlı ölkəyə gətirilən avtomobillərin idxalı prosesinə ciddi nəzarət olunacaq.


AzNews.az məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın gömrük orqanları dövlət büdcəsi qarşısında öhdəliklərini əsasən idxal vergi və rüsumları hesabına icra edir və lakin eyni zamanda, ölkədəki ekoloji vəziyyət də nəzərə alınmalıdır.

Düşünürəm ki, bu qərar ölkədəki nəqliyyat sektorunun vəziyyəti və tıxaclarla bağlı vaxtında və düzgün atılmış bir addımdır. Artıq gömrük sahəsi də bununla bağlı öz hazırlıq işlərinə başlayıb. Dövlət Gömrük Komitəsi nəzdində Avtonəqliyyat Gömrük İdarəsində gömrük laboratoriyası fəaliyyət göstərir.

Bundan sonra daha ciddi nəzarət həyata keçiriləcək. Bütün idxal olunan avtomobillər - burada söhbət işlənilmiş avtomobillərdən gedir - hamısı ciddi nəzarətdən keçəcək.

Amid
AzNews.az