Aydın Əliyev İran tərəfindən narazılıq etdi

"Azərbaycanla İran arasında Horadiz-Aslandüz gömrük keçid məntəqəsinin açılması məsələsində heç bir irəliləyiş yoxdur".


AzNews.az məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bu məsələni qaldırıb: "Biz cəbhə xəttinə yaxın bir tərəfdə İranla-Azərbaycan arasındakı bu gömrük keçid məntəqəsini bərpa etmək istəyirik. Amma təəssüf ki, bu məsələ danışıqlar səviyyəsindən artıq irəli getmir".

Komitə sədri vurğulayıb ki, bir müddət əvvəl İranın Aslandüz keçid məntəqəsinin idarə rəisi ilə görüş keçirib və burada bu məsələ müzakirə edilib: "Mən İranın yeni təyin olunmuş Gömrük Komitəsinin rəhbərini Azərbaycana dəvət etdim. Ümid hissi ilə baxıram ki, bu məsələni bundan sonra idarə rəisi ilə yox, iranlı həmkarımla müzakirə edəcəyəm".

Amid Əyyuboğlu
AzNews.az