MSK-dan növbəti seçki - AÇIQLAMASI

"Bələdiyyə seçkiləri ilə bağlı konkret addımlar seçkilərə iki ay qalmış atılacaq".


Bunu AzNews.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib.

Konkret bələdiyyə seçkilərinin bu ilin hansı ayında keçiriləcəyi ilə bağlı hər hansısa bir məlumatın olmadığını deyən MSK rəsmisi hazırda seçkilərə hazırlıqla bağlı işlərin başlandığını da söyləyib:

"Yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə başlanılıb. Bələdiyyə seçkiləri ilə bağlı vaxtı çatanda konkret işlərə yönəlmiş addımlar da atılacaq.

Amid
AzNews.az