07:15
(077) 610-22-33

Məktəb laborantından Mikayıl Cabbarova müraciət

  • >
286 22 Yanvar 2014 14:44 | Cəmiyyət


Bakı şəhəri 211 saylı məktəbin fizika laborantı Samirə Tağıyeva mətbuata müraciət ünvanlayıb.


Onun müraciətini olduğu kimi diqqətinizə çatdırırıq: "2013-cü ilin dekabr ayının 2-də 211 saylı orta məktəbdə fizika labrontı kimi işə başladım. Bir neçə gündən sonra direktor Vaqif Babayev bildirdi ki, məni fizika laborantı vəzifəsindən çıxarıb Uşaq Birliyi rəhbəri təyin etmək istəyir.

Maraqlandım, məlum oldu ki, Uşaq Birliyinin sədri analıq məzuniyyətindədir. Yəni o analıq məzuniyyətindən qayıdan kimi işdən çıxarılmalıyam. Vaqif müəllimə bildirdim ki, fizika laborantı ixtisasıma uyğundur. Çünki Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişəm. Mənim yerimə təyin olunan laborant isə ibtiadi sinif müəllimidir, fizikaya heç bir aidiyyatı yoxdur.

Digər tərəfdən axı niyə mən öz daimi işimi qoyub kiminsə yerinə müvəqqəti çalışmalıyam? Ancaq buna baxmayaraq, Vaqif Babayev fizika laborantı vəzifəsindən çıxmağımla bağlı ərizəm olmadan qanunsuz şəkildə məni Uşaq Birliyinin sədri təyin edib. Yanvarın 7-də Uşaq Birliyi sədri kimi əmrim verilsə də, bundan iki gün öncə xəbər tutmuşam. Bir daha qeyd edirəm ki, mənim yerimə fizika laborantı təyin olunan şəxsin fizikaya heç biri aidiyyatı yoxdur. Belə olan halda məndə belə bir təsəvvür formalaşır ki, ortada başqa məqamlar var.

Təhsil naziri Mikayıl Cabbarova müraciət edərək xahiş edirəm ki, mənim öz vəzifəmdə qalmağıma qanun çərçivəsində şərait yaratsın. Öz işimi yetərincə yaxşı bildiyimdən əminəm".

Elnur
AzNews.az
Bağla X