18:45
(077) 610-22-33

Azərbaycanda boşanma ilə bağlı qorxunc - STATİSTİKA

  • >
1 196 22 Yanvar 2014 14:56 | Cəmiyyət

"1000 nəfərin kəbinini kəsdim, 250-si boşandı" - Axund


İçərişəhər Cümə məscidində ötən il ərzində kəsilən kəbinin statistikası açıqlanıb.

Bunu AzNews-a İçərişəhər Cümə məscidi dini icmasının və eyni adlı məscidin axundu Hacı Surxay Məmmədli bildirib.

Onun sözlərinə görə, 2013-cü ildə Cümə Məscidində 680 kəbin kəsilib və amma təəssüflər olsun ki kəbinlərinin ləğv edilməsi ilə bağlı 950-dən çox müraciət olub. Mən bu rəqəmi gözləmirdim. 2012-ci ildə ilə 1000-dən çox insana evlənmələri barədə kəbin oxudum və amma 250-dən bir az artıq boşanma oldu. H.Məmmədli vurğulayıb ki, bir ailənin boşanması ailə üçün çox böyük bir travmadır:

"Hədisdə də deyilir ki, bir ailənin boşanması Allahın ərşi titrənir və mələklər ağlayırlar. Mən boşanmalarla bağlı insanların rəylərin də öyrənmişəm. Ayrılığa əsas yol verən şəxslər 20-25 yaşlı gənclərdir. Boşanmalar ən çox narkotik maddələrin və alkoqolik içkilərin qəbulu, maddi durum, məcburiyyət, xəyanət və digər səbəblərdən olur. Təəssüflər olsun ki, ayrılıqlar əsasən kişilər tərəfindən gəlir. Boşanmaların çoxalması Allaha qarşı günah sayılır və Azərbaycan cəmiyyətində yaxşı bir hala gətirib çıxarmır".

Axund bu məsələlərlə bağlı gənclərə müraciət edib:

"Allah da "Qurani-Kərim"də buyurur ki, evlənin ailə qurun. Birinci mənim tövsiyə xarakterli gənclərimizə, cavanlarımıza müraciətim budur ki, onlar evlənəndə fikirləşməsinlər ki, qız və yaxud oğlan tərəfi varlıdır.

Onların ailə qurarkən iman üzərində bu qərarı verməlidirlər. Məhəbbət əgər Allah rızası üçün qurulursa, ailə heç zaman dağılmır. O ailə əgər dünyəvilik üzərində, madiyyət üzərində qurulursa, o ailənin sonu faciədir. Bu məsələ könül xoşuluğu, razılıqla həll edilməlidir".

Amid Əyyuboğlu
AzNews.az
Bağla X