17:34
(077) 610-22-33

“Həbsdə olanlardan qaçan olmayıb“- Penitensiar xidmət

  • >
468 22 Yanvar 2014 16:27 | Cəmiyyət

Ötən il həbs olunmuş şəxslərin və məhkumların azadlıqdan məhrum etmə yerlərindən qaçması hallarına yol verilməyib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsində Mühafizə alayının 2013-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə bildirilib.

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı cənab Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə Mühafizə alayının və Penitensiar xidmətin Baş İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının komandiri, ədliyyə polkovniki Mehman Məmmədovun Mühafizə alayın 2013-cü ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr barədə hesabatla çıxış edib.

O qeyd edib ki, 2013- cü ildə Mühafizə alayının qarşısında qoyulan vəzifələr əsasən yerinə yetirilib, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının etibarlı mühafizəsi təmin edilib, həbs olunmuş şəxslərin və məhkumların azadlıqdan məhrum etmə yerlərindən qaçması hallarına yol verilməyib.

M.Məmmədov bildirib ki, il ərzində alaya gələn gənc əsgərlərin qəbulu, onlarla tədris toplanışlarının və məşğələlərin yüksək səviyyədə keçirilməsi, habelə onlarda vətənpərvərlik ruhunun aşılanması təmin olunub. Mühafizə alayın maddi - texniki bazası möhkəmləndirilib, müxtəlif müasir növ silah - sursat və digər xidməti ləvazimatlar alınıb.
Müşavirədə bəzi bölük komandirlərinin və alayın məsul əməkdaşlarının çıxışları dinlənilib.

Ədliyyə Nazirnin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev çıxış edərək Mühafizə alayının 2013-cü ildə qarşısında duran vəzifələrin lazımi səviyyədə həyata keçirildiyini qeyd edib.

Xüsusilə vurğulanıb ki, xidmətdə əldə etdikləri yüksək göstəricilərə görə, mühafizə alayının fərqlənən əməkdaşları həvəsləndirilib, onlara rütbələr və mükafatlar verilib, alayın bir əməkdaşı isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə dövlət mükafatına layiq görülüb.

Xidmətin rəisi əlavə edib ki, bu təltif və mükafatlar Mühafizə alayının fəaliyyətinə verilən yüksək qiymətlə yanaşı, yüksək etimad və böyük məsuliyyət kimi qəbul edilməlidir. Nazir müavini Mühafizə alayının fəaliyyətində mövcud olan bəzi nöqsanların aradan qaldırılmasına dair müvafiq tapşırıqlar da verib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının 2013-cü il ərzindəki xidməti və döyüş fəaliyyəti nöqsan və çatışmazlıqlar nəzərə alınmaqla qənaətbəxş hesab edilib.


AzNews.az
Bağla X