00:26
(077) 610-22-33

Heydər Əliyevin irsini əks etdirən 2 cildlik nəşr olunub

  • >
390 22 Yanvar 2014 19:20 | Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası Heydər Əliyevin irsini əks etdirən 2 cilddən ibarət "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" adlı çoxcildliyinin elmi-biblioqrafik göstəricisini hazırlayaraq "Şərq-Qərb" nəşriyyatında çap edib.

Akademiyadan APA-ya verilən məlumata görə, AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan göstəricinin elmi redaktoru akademik İsa Həbibbəyli, tərtibçi müəllifi filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir. Biblioqrafik göstəricinin 1-ci cildində "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyində əks olunmuş siyasi, ictimai və sosial əhəmiyyətə malik materiallar "Dövlətçilik, müstəqillik və demokratiya", "Milli təhlükəsizlik", "Ordu quruculuğu", "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi", "İqtisadiyyat", "Neft strategiyası", "Aqrar siyasət", "Elm və təhsil", "Mədəniyyət, ədəbiyyat, dil, incəsənət", "Bədən tərbiyəsi və idman", "Tibb və səhiyyə", "Milli-mənəvi dəyərlər", "Qadın və ailə", "Uşaq və gənclər" bölmələrdə, 2-ci cildində isə "Dünya azərbaycanlıları", "Dövlətlərarası münasibətlər, beynəlxalq təşkilatlar", "Tarix və tarixi hadisələr", "Azərbaycanın şəhərləri və bölgələri" bölmələrdə oxucuya təqdim edilir.

Heydər Əliyevin Azərbaycan tarixindəki xidmətlərini öyrənmək üçün nəzərdə tutulan göstəricidə eyni zamanda, ümummilli liderin səhhəti ilə bağlı mütəmadi Azərbaycan ictimaiyyətini məlumatlandıran Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatlarına da xüsusi bölmədə yer verilib. Həmçinin külliyyatın buraxılışına məsul, akademik Ramiz Mehdiyevin sonuncu cilddə əks olunan "Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan – ümummilli lider Heydər Əliyevin qadir siyasətidir" məqaləsi və biblioqrafik göstəricinin hazırlanması layihəsinin rəhbəri akademik Akif Əlizadənin "XX əsrin qüdrətli siyasi lideri" məqaləsi də xüsusi yer tutur.


AzNews.az
Bağla X