QHT rəhbəri “İctimai iştirakçılıq” haqqında qanundan danışdı

Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərliyi altında hazırlanmış "İctimai iştirakçılıq" haqqında qanun isə öz siyasi və ictimai xarakterinin genişliyi, vətəndaşların dövlət idarəçiliyində yaxından iştirakının hüquqi təsbiti baxımından son dərəcə mühim əhəmiyyət kəsb edir".

Bunu AzNews.az-a Demokratik Azərbaycan Naminə İctimai Birliyinin sədri Elməddin Behbud sözügedən qanuna münasibət bildirərkən deyib.

E.Behbudun sölərinə görə, Azərbaycanda demokratikləşdirmə siyasətinin bütün sahələrdə uğurla inkişafı müşahidə olunur:

"Bu sırada vətəndaş təşəbbüslərinin dəstəklənməsi, dövlət orqanlarının yanında QHT-lərin iştirakı ilə ictimai qurumların yaradılması və s. kimi məsələlərlə bağlı indiyədək bir sıra addımlar atılıb.

Vətəndaşlar bu qanunun onlara yaratdığı hüquqi imkanlar çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində ictimai iştirakçılığın məqsədini, prinsiplərini, forma və məzmununu ifadə etməklə yanaşı, mövcud problemlərin yerli qaydada həllinə də nail ola biləcəklər".

QHT sədri vurğulayıb ki, Azay Quliyevin müəllif olduğu bu qanun QHT sektorunun və bütövlükdə Azərbaycan cəmiyyətinin uğuru hesab edilə bilər.

Elnur
AzNews.az