07:56
(077) 610-22-33

İcra başçısı ATƏT-in nümayəndələrini qəbul etdi

  • >
338 23 Yanvar 2014 13:56 | Cəmiyyət

Bu gün cəbhədə olan ATƏT-in Minsk qrupunun nümayəndələri Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüblər.


AzNews.az-a daxil olan məlumata görə, görüşdə Alı Alıyev Ermənistan hərbi birləşmələri ilə təmas xəttindəki vəziyyət haqda danışıb.

O bildirib ki, Ermənistan hərbi bölmələri işğal etdikləri ərazilərdən rayonun mülki şəxslər yaşayan məntəqələrini daim atəşə məruz qoyurlar.

İcra başçısı Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini də diqqətə çatdırıb. A. Alıyev deyib ki, yaranmış vəziyyət əhalinin normal təsərrüfat işləri ilə məşğul olmasına imkan vermir.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun nümayəndələri düşmən tərəfindən atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq başa çatdıqdan dərhal sonra, bu istiqamətdə yerləşən bölmələrimiz və monitorinq iştirakçıları düşmən tərəfindən atəşə tutulub.

Amid
AzNews.az
Bağla X