İntiharların qarşısını necə alaq?- Rejissordan maraqlı TƏKLİF

"Son zamanlar artan intihar hadisələrinin qarşısını almaq üçün Gənclərə Psixolioji Dəstək Mərkəzinin yaradılmasına ehtiyac var. Bu mərkəz məsləhətə ehtiyacı olan gənclərə pulsuz konsultasiyalar verməklə onları intihara sürükləyən ruhi vəziyyətdən xilas olmalarına yardım etmək olar".


Belə bir təkliflə rejissor Eltən Qədimbəyli çıxış edib.


Eltən Qədimbəyli problem haqqında düşüncələri ilə yanaşı, problemin həlli üsulu ilə bağlı da fikirlərini bildirərək Gənclərə Psixoloji Dəstək Mərkəzinin yaradılması təklifi ilə çıxış edib: "Bu mərkəzdə psixoloqlar, ziyalılar, tanınmış insanlar gənclərə könüllü olaraq psixoloji treninqlər keçməli, həyatda qarşılarına çıxan problem və anlaşılmazlıqlarla mübarizə aparmağın üsullarını anlatmalı, öz həyat təcrübələrindəki uğur formullarını paylaşmalıdırlar. Bu hər bir Azərbaycanlı ziyalının mənəvi borcudur ".

E.Qədimbəylinin sözlərinə görə, Bir sıra ziyalılar bu fikrə dəstək olub və hazırda bu ideyanın sistemli halda reallaşdırılması üçün işlər görülür. Rejissor mövzu ilə maraqlanan bütün təşkilatları əməkdaşlığa dəvət edib: "Azərbaycan gəncliyi hər birimizin sərvətidir və hər birimiz onları qorumağa borcluyuq".

Elnur
AzNews.az