Hər 25 şagirdə bir kompüter düşür

Hazırda Azərbaycanda hər 25 şagirdə orta hesabla bir kompüter düşür.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 7 il əvvəl 101 şagirdə bir kompüter düşürdü.

Ötən il sentyabr ayında dövlət əyani ümumi təhsil müəssisələrində keçirilmiş statistik müayinənin nəticələrinə görə, məktəblərin 88,3 faizi, о cümlədən şəhər yerlərində 97,4 faizi, kənd yerlərində isə 85,0 faizi kompüterlə təmin olunub.

Əvvəlki illə müqayisədə kompüterlərin sayı 5,8 min ədəd və ya 12,6 faiz artaraq 51,6 minə çatıb. Cari tədris ilinin əvvəlinə 79,9 faiz şəhər, 37,1 faiz kənd ümümi təhsil müəssisələrinin intemetə çıxışı, 36,1 faiz şəhər, 6,3 faiz kənd ümümi təhsil müəssisələrinin isə elektron poçtu olub.

AzNews.az