13:45
(077) 610-22-33

Bakıda ötən il 10524 cinayət hadisəsi qeydə alınıb

  • >
553 23 Yanvar 2014 18:00 | Cəmiyyət

Ötən il Bakı şəhərində 10 min 524 cinayət hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov idarədə keçirilən 2013-cü ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib. O, qeyd edib ki, paytaxt polisi qanunla müəyyən edilmiş vəzifələrin, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirləri davam etdirib, kriminogen durum nəzarətdə saxlanılıb. Hesabat dövründə Bakı şəhərində ümumən 10.524 cinayət hadisəsi qeydə alınıb, onların 82,9%-i (8.714) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,1%-i (1810) isə ağır və xüsusilə ağır növ cinayətlər olub.

Qabaqlayıcı profilaktiki tədbirlərin düzgün təşkili və həyata keçirilməsi sayəsində əvvəlki illə müqayisədə şəxsiyyət əleyhinə törədilən cinayətlər 28,9% (2.468-dən 1.754-dək), adam öldürməyə cəhdlər 35,3% (34-dən 22-dək), soyğunçuluqlar 17,2% (209-dan 173-dək), dövlət və ya bələdiyyə əmlakı oğurluqları 40,5% (111-dən 66-dək), avtonəqliyyat vasitələrinin oğurluğu 16,7% (30-dan 25-dək), mal-qara oğurluqları 28,6% (49-dan 35-dək), xuliqanlıqlar 2,2% (602-dən 589-dək) azalıb, ağır növ cinayətlərin açılması 0,8% (78,9%-dan 79,7%-dək), o cümlədən qəsdən adam öldürmə cinayətlərinin açılması 1,7% (94,9%-dən 96,6%-dək), quldurluqların açılması 1,9% (79,7%-dən 81,6%-dək) yaxşılaşıb, qeydə alınmış 15 hədə-qorxu ilə tələb etmə cinayətlərinin hamısı açılıb, ümumi cinayətlərin 74,4%-nin, şəxsiyyət əleyhinə törədilən cinayətlərin isə 92,6%-nin açılması təmin olunub.
Məqsədyönlü tədbirlər nəticəsində qanunsuz saxlanılan 48 odlu silah, o cümlədən 7 avtomat, 26 tapança, 15 tüfəng və xeyli sayda sursat götürülüb, odlu silahlardan 28-i əməliyyat yolu ilə aşkar edilib. Dövriyyədən 191 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.


AzNews.az
Bağla X