Ali Məhkəmənin plenumu keçirilir

Bu gün Ali Məhkəmənin növbəti plenum iclası öz işinə başlayıb.

APA-nın məlumatına görə, Ramiz Rzayevin sədrlik etdiyi iclasda plenumun gündəliyi elan olunub.

Gündəliyə Ali Məhkəmənin mülki, cinayət, hərbi, inzibati-iqtisad kollegiyalarında ədalət mühakiməsinin həyata keçirilməsinin 2013-cü ilə dair müzakirəsi, Ali Məhkəmənin birinci yarısının iş planının təsdiq edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevin Məhkəmə-Hüquq Şurasının qərarından verdiyi şikayətə baxılması və digər məsələlər daxil edilib.

AzNews.az