02:42
(077) 610-22-33

Ötən il 26 ana doğuş zamanı dünyasını dəyişib- VİDEO

  • >
991 24 Yanvar 2014 16:39 | Cəmiyyət

İki qız övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən və 8 gün komada qalan, 28 yaşlı Günay Lalayevanın dünyasını dəyişməsi yenidən həkim məsuliyyəti, eləcə də doğuşa hazırlaşan qadınların bu mərhəldə yaşadığı problemlərə qayıtmağımıza səbəb oldu.

Gənc ananın ölüm səbəbləri Səhiyyə Nazirliyi tərəfindən araşdırıldığı bir vaxtda, biz də öz növbəmizdə son vaxtlar tez-tez baş verən bu cür halları nəzərə alıb, kiçik bir araşıdrma apardıq.

Məlum olub ki, ölkədə ana ölümlərinin sayının artmasına səbəb hamiləliklərin az qala 90 %-nin patoloji vəziyyətdə keçməsidir, yəni normal fizioloji parametrlərə uyğun olmamasıdır, həkim məsuliyyətsizliyi də burada az rol oynamır. Ginekoloqlar ana ölümlərinin baş vermə səbəbini doğuş prosesində yaşanan xoşagəlməz hallarla əsaslandırırlar.

Ginekoloq, Gülnarə Sultanova: "Məsələn doğuş çətin ola bilər qadının fizialogiyası buna imkan verməyə bilər və ya doğuş zamanı qadının orqanizmi travma ala bilər ya da ki döl həddən artıq böyük ola bilər ki bu zaman biz keysəriyyə əməliyatı edirik ki həm ana həm də uşaq salamat qalsın".

Hamilə qadınlar müntəzəm olaraq həkim nəzarətində olmalıdırlar

Xarici ölkələrin təcrübəsində bu cür problemlərin daha az yaşandığını deyən ekspertlər Azərbaycandan fərqli olaraq həmin ölkələrdə həkimlərin özfəaliyyət ilə məşğul olmalarına icazə erilmədiyini,həkimlərin ümumdünya səhiyyə təşkilatının qoyduğu xüsusi təlimatlar əsasında işlədiyini, bu səbəbdən də ana ölümü kimi halların baş vermə faizini 0-a endiyini bildirirlər. Ekspert Adil Qeybulla hamilə qadınların müvafiq protokol əsasında daimi həkim nəzarətində olmasını vacib hesab edir.

Tibbi ekspert, Adil Qeybulla: "onalar üçün ginekologi kabinetlər məsləhətxanalar olmalıdır onlar müxtəlif müadicə və əmüayinələrdən keçməldirlər".

Statistikaya görə təkcə ötən il 26 ana doğuş zamanı dünyasını dəyişib, son hadisələrsə göstərir ki bu cür halların artacağı istisna deyil...Hər halda bu cür halların qarşısının alınması üçün həkimlər işində peşəkar, dünyaya uşaq gətirəcək xanımlarsa daha məsuliyyətli olmalıdırlar.(anspress)


Bağla X