03:51
(077) 610-22-33

İsmayıl Ömərov İTV-dən 100 min mənimsəyib

  • >
1 187 25 Yanvar 2014 10:55 | Cəmiyyət

Hesablama Palatasının İctimai Televiziyada apardığı yoxlamalar ciddi pozuntuları ortaya çıxarıb.


"Qafqazinfo" xəbər verir ki, ötən il İTV-də həyata keçirilən rəhbər dəyişikliyi, İsmayıl Ömərovun baş dirketor vəzifəsindən uzaqlaşdırılması Hesblama Palatasının telekanalda maliyyə yoxlamaları apaması ilə eyni vaxtda təsadüf edib. İsmayıl Ömərov TV-dən sakit şəkildə uzaqlaşdırılsa da, bir neçə ay davam edən yoxlamalar nəticəsində onun haqqında onsuz da formalaşmış mənfi rəyi daha da qətiləşdirib.

Belə ki, yoxlamalar nəticəsində Ömərovun İTV-nin büdcəsindən xərclədiyi vəsaitlərin bir hissəsinə təyinat tapılmayıb. Ona görə də, qurum İsmayıl Ömərovun 100 min manat məbləğində təyinatsız xərclədiyi vəsaitin İTV-nin büdcəsinə qaytarması haqqında akt tərtib edib. Bu pulun qaytarılması haqqında Ömərova rəsmi xəbərdarlıq da təqdim edilib.

Ən maraqlısı isə İTV-nin təxminən 500 nəfərədək kollektinin arasında İsmayıl Ömərovun ailə üzvlərinin, yaxın qohumlarının, dostlarının, ən əsası isə həmyerlilərinin üstünlük təşkil etməsi ilə bağlı maraqlı faktların ortaya çıxması olub.

Məlum olub ki, Ömərov təkcə İTV-nin London təmsilçisi təyin etdiyi qızına və onun həyat yoldaşına (kürəkəni də İTV-nin əməkdaşı kimi çalışıb) ayda hərəsinə 2-3 min manat məbləğində əmək haqqı yazıb. Həmin şəxslərin bir qrupu hələ də İTV də çalışmaqdadırlar. Digər pozuntular isə televiziyanın rəsmi təşkilatçısı olduğu Eurovizion yarışması ilə bağlıdır.

AzNews.az
Bağla X