Generaldan Sarkisyanın müharibə bəyanatına - REAKSİYA


"Ermənistana yardım etsələr belə, işğalçı ölkə müharibədən qələbə ilə çıxa bilməyəcək. Azərbaycan qısa zamanda torpaqlarını düşməndən azad etmək iqtidarındadır".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov deyib.

O bildirib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 fazini işğal edib və bu müddət ərzində münaqişənin həllinə dair aparılan danışıqlarda da qeyri-konstruktivlik nümayiş etdirib.

General müharibənin yaxın vaxtlarda başlanma ehtimalından da danışıb:

"Müharibənin başlanması hələ ki mümkün deyil. Cəbhədə isə gərginlik hər zaman olub".

Əliağa Hüseynov əavə edib ki, müharibəni Ermənistana uduzmaq üçün Azərbaycanın mənəvi haqqı da yoxdur: "Ancaq heç vaxt müharibə tərəfdarı olmamışam. Çünki müharibə adi məsələ deyil, burada insan tələfatı amili var. Problemin həllini sülh danışıqlarında da görürəm. Ancaq Azərbaycan Ordusu işğal olunmuş torpaqları azad etməyə hazırdır".

O, Ermənistan prezidenti Serj Sarkisyanın müharibə ilə bağlı hədələyici bəyanatına da münasibət bildirib: "Onun ağlı nə zaman olub ki, indidə ciddi qəbul edək? O, özbaşına deyil".

Amid Əyyuboğlu
AzNews.az