DİN Hospitalının yeni rəisi həm də yazıçı imiş

Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının rəisi vəzifəsinə yeni təyinat aparılıb.


AzNews.az xəbər verir ki, yaş senzinə görə vəzifəsindən azad olunan Aydın Əsədovun yerinə hospitalda uzun illər rəis müavini olmuş Ramiz Əkbər təyin edilib. DİN Hospitalının yeni rəisi tibb elmləri namizədi olmaqla yanaşı, həm də yazıçı-dramaturq kimi tanınır.

Əkbər Ramiz Fəzail oğlu 11 sentyabr 1956-cı ildə Yardımlı rayonunda anadan olub.

"Povest və hekayələr", "Amerikan qulu", "Pyeslər", "Nizami Gəncəvinin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri", "Nizami Gəngəvinin fəlsəfi-didaktik görüşləri" kitablarının müəllifidir.

Elnarə
AzNews.az