19:21
(077) 610-22-33

Elçin Quliyev: “Dövlət Sərhəd Xidməti dinamik inkişaf dövrünü yaşamaqdadır”

  • >
1 158 18 Avqust 2012 10:19 | Cəmiyyət

Bu il Dövlət Sərhəd Xidmətində (DSX) quruculuq işləri çox sürətlə inkişaf edir. Yeni sərhəd zastavaları, komendantlıqları, yeni hərbi hissə və bazalar yaradılmaqdadır. Bunu jurnalistlərə müsahibəsində DSX-nın rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev deyib.

AzNews.az-ın məlumatına görə, general-leytenant ilin sonuna qədər bunların əksəriyyətində (80-90 %) işlər tam yekunlaşacağını bildirib:"Ümid edirəm ki, sentyabr-oktaybr ayında bu hərbi hissələlərin açılış mərasimlərində KİV nümayəndələri də iştirak edəcək. Qeyd edim ki, bu gün DSX növbəti dəfə öz dinamik inkişaf dövrünü yaşamaqdadır. Cənab prezident İlham Əliyev tərəfindən zamanında görülən işlər, atılan ciddi addımlar nəticəsində maddi-texniki bazamız, silah imkanlarımız, yeni avadanlıqalrın sərhəd mühafizəsinə tətbiqi (həm quru, həm də dəniz sərhədlərində) öz müsbət nəticələrini verməkdədir".

E.Quliyev həmçinin ötən gün İran İslam Respublikası istiqamətindən 5 nəfər silahlı sərhəd pozuçusunun sərhədi keçmək cəhdinə də aydınlıq gətirib: "Sərhəd natyadlarının yeni muasir, avadanlıqlarının tətbiqi nəticəsində sərhəd pozulması qabaqcadan aşkarlanmışdır.

Nəticədə 66 kq narkotik maddə sərhəd pozucularından götürülüb və 3 nəfər şəxs həbs edilib. Bu gün adı çəkilən istintaq-əməliyyat işləri davam etməkdədir. O ki, qaldı Dəniz sərhədləri istiqamətinə, burada da avqust ayından yeni bir inkişaf dövrünə daxil oluruq. Ən yeni və ən muasir tələblərə cavab verən avadanlıqlar, gəmilər və s. Azərbaycan dəniz sərhədlərinin mühafizəsinə yaxın bir müddətdə tətbiq ediləcək. Bu da sərhədlərimizin təhlükəsizliyinə zəmin yzrzdır, muasir tələblərə tam cavab verir".

AzNews.az
Bağla X