00:24
(077) 610-22-33

Bakıda qəsdən QİÇS yayanlarla bağlı açıqlama – Rəsmi

  • >
2 008 27 Yanvar 2014 18:46 | Cəmiyyət

"Bütün bu deyilənlər təxribatdan başqa bir şey deyil".

Bu sözləri Bakıda qəsdən QİÇS virusu yayanlarla bağlı "Axar.az"a danışarkən DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirdi.

"Bu hadisə ilə bağlı Polis və Hüquq Mühafizə orqanlarına heç bir müraciət daxil olmayıb və heç bir zərərçəkmiş vətəndaş müraciəti yoxdur".

Xatırladaq ki, bu günlərdə feysbuk sosial şəbəkəsində kifayət qədər qorxu doğuracaq bir informasiya insanlar arasında sürətlə paylaşılır. Yayılan xəbərdə deyilir: "Bakıda QİÇS virusunun daşıyıcısı olan bəzi manyaklar peyda olub ki, onlar sağlam insanları həmin xəstəliyə yoluxdurmaq məqsədilə öz şprislərini onlara batırır. Bu günlərdə QİÇS xəstəsi olduğu ehtimal edilən biri öz şprisini avtobusda bir qızın qoluna batırıb və dərhal qaçıb. Məlumatda yer alan başqa hadisə, deyilənə görə, "28 MALL" ticarət mərkəzinin kino zalında baş verib. Yazıda o da qeyd olunur ki, artıq bu yolla adı çəkilən virusa artıq 2 nəfər yoluxdurulub".


AzNews.az
Bağla X