Suriyada daha bir azərbaycanlı öldürüldü - VİDEO

Suriyada daha bir azərbaycanlının öldürülməsi ilə bağlı xəbərlər yayılıb.

Mücahidlər "Muhammed" ləqəbli azərbaycanlının fotosunu sosial şəbəkələrdə yayaraq, onun Bəşər Əsəd tərəfdarları tərəfindən öldürüldüyünü bildiriblər. Onun kimliyi və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır. Amma bu ölkədən gələn xəbərlərdə bildirilir ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan gənclərin böyük əksəriyyəti Azərbaycanın şimal bölgələri olan Balakən və Zaqatala, o cümlədən Sumqayıt sakinləridir.

Müxtəlif saytlarda vəhabilərin lideri kimi təqdim olunan birinin öz evini məscidə çevirməsi barədə xəbərlər yayıldıqdan sonra, biz bu məlumatın nə qədər doğru olub-olmadığını aydınlaşdırmaq qərarına gəldik. Haqqında danışılan Zöhrab Şıxəliyev ona qarşı irəli sürülən bu ittihamları əssassız olduğunu bildirdi.

Zöhrab Şıxəliyev məsciddə namaz qılmaqla yanaşı, möminlərlə fitnə-fəsada uymamaq və radikallara qoşulmamaqları barədə də söhbətlərin aparıldığını da deyir. Ümumiyyətlə, Suriyada vəziyyət gərginləşəndən sonra Azərbaycandan da xeyli sayda gənclər bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıblar. Həmin döyüşlərdə bu günədək 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.





AzNews.az