Güclü külək əsəcək

Bakı və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, havanın temperaturu gecə 21-26, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 19-da əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq. Avqustun 19-da Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

AzNews.az