- Köhnə - Cəmiyyət
- 28 Yanvar 2014 11:47
- 5 613
İTV-dən İsmayıl Ömərov açıqlaması: "Xeyli qohumu..."
"Qafqazinfo" İsmayıl Ömərovun təkziblərini və israrlarını nəzərə alaraq sözügedən xəbərlə bağlı İTV-yə rəsmi sorğu göndərib. İTV sorğuya rəsmi şəkildə cavab verib. Cavabda deyilir:
"Göndərdiyiniz rəsmi sorğunun birinci sualına cavab olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkəti bildirir ki, həqiqətən də Hesablama Palatası şirkətdə yoxlama aparıb. Bu üzdən yoxlamanın nəticələri barədə bizim açıqlama verməyimiz düzgün deyil.
"İkinci sualınıza cavab olaraq bildiririk ki, keçmiş baş direktor İsmayıl Ömərovun xeyli sayda qohumu hələ o, vəzifədə olarkən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışıb. Onların bəziləri öz ərizəsinə və ya müqavilə müddəti bitdiyinə əsasən işdən gediblər. Eyni zamanda, İsmayıl Ömərovun qohumlarının bəziləri bu gün də İctimai Televiziya və Radio Yayımları Şirkətində fəaliyyətlərini davam etdirirlər.
"Sorğunuzun üçüncü hissəsinə gəldikdə, həqiqətən də, İctimai Televiziya və Radio Yayımları Şirkətinin keçmiş baş direktoru İsmayıl Ömərovun qızı Səmədova Könül İsmayıl qızı və onun həyat yoldaşı Səmədov Ruzi Emin oğlu 11 yanvar 2012-ci il tarixdən İTV-nin Böyük Britaniya bürosuna (Könül Səmədova baş prodüsser, Ruzi Səmədov xüsusi müxbir) təyin olunublar. İsmayıl Ömərovun qızı Könül Səmədova hal-hazırda da İTV-nin əməkdaşıdır və iki ay əvvəl analıq məzuniyyətinə çıxıb. Keçmiş baş direktorun kürəkəni Ruzi Səmədovun da adı şirkətin ştatındadır" .
AzNews.az