Nazir müavini: “Məktəbli çantaları çox ağırdır“

"Orta məktəblərdə, ibtidai siniflərdə dərsliklərin sayının, şagird çantasının ağırlığının azaldılması üçün elektron tədris vasitələrinə keçid prosesinə başlanıb".

Bunu təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib: "Bu məsələdə bizim təhsil aldığımız dövrlə indiki dövrü müqayisə etmək düzgün deyil. Çünki bizim dövrümüzdə nə böyüklər, nə də gənclər bu dərəcədə informasiya bolluğu olan cəmiyyətdə yaşamırdılar. Sadəcə, biz uşaqlarımızın daha çox bilik və bacarıq əldə etmələri üçün tədris prosesində dəyişiklik etmək məcburiyyətində qalmışıq.

Çətin də, ağır da olsa, buna qatlaşmalıyıq. Çantaların ağırlığı məsələsi isə yəqin ki, yaxın illərdə öz həllini tapacaq. Azərbaycan təhsilində elektron tədrisin tətbiq olunması ilə bu problem həll olunacaq".

AzNews.az