Nazir özünü yandıran əlil haqda danışdı - VİDEO


Sosial müdafiə naziri məsələnin ciddi araşdırılacağını, bu məqsədlə Yevlaxa xüsusi nümayəndə göndərildiyini bilirib

Yevlaxda özünü yandıran II qrup əlil Nizami Kərimov gecə saatlarında paytaxta gətirilib. Ans press-in məlumatına görə, aldığı yanıq xəsarətlərinin ağır olduğundan o, 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Həkimlər hazırda özünü yandıran əlilin vəziyyətininin orta ağır olduğunu deyir.

Qeyd edək ki, Nizami Kərimov ötən gün Yevlax rayonunda əhalinin Sosial Müdafiəsi Mərkəzinn qarşısında üzərinə benzin tökərək yandırmışdı. Bu yola əl atmasına səbəb kimi isə onun ünvanlı sosial yardım ala bilməməsi göstərilib.

Hadisə ilə bağlı ANS-ə açıqlama verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məsələnin ciddi araşdırılacağını, bu məqsədlə Yevlaxa xüsusi nümayəndə göndərildiyini bilirib.