Xanım Qafarovanın müalicəsinin vaxtı dəyişdirildi

"Dünən yarımçıq qalmış müalicəmlə əlaqədar Türkiyəyə getməliydim. Amma gözlənilmədən müalicənin vaxtı dəyişdirildi".


Bunu AzNew.az-a Əməkdar artist, Musiqili Teatrın aktirisası Xanım Qafarova bildirib.

Müalicənin vaxtının dəyişdirilməsinə səbəb aktirisanı müayinə edən həkimin Türkiyədə olmamasıdır:

"Həkim Türkiyədə yoxdur. Fevralın 3-də gələcək. Bu səbəbdən də mən həmin günü Türkiyəyə gedəcəyəm".

Xatırladaq ki, Xanım Qafaqova xərcəng xəstəliyindən əziyyət çəkir və bununla bağlı 3 dəfə əməliyyat olunub.

Bahar Rüstəmli
AzNews.az