01:26
(077) 610-22-33

YAP rəhbərliyində yeni seçki olub

  • >
878 28 Yanvar 2014 18:17 | Cəmiyyət

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İqtisadi məsələlər komissiyasının ilk iclası keçirilib.

YAP-dan APA-ya verilən məlumata görə, iclasda komissiyanın 2014-cü ildə Fəaliyyət Planı müzakirə edilib.

YAP-ın İqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov Fəaliyyət Planında nəzərdə tutulan məsələlər haqqında məlumat verib.

E.İbrahimov bildirib ki, komissiya bu il ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarının təbliğinə yönəlmiş bir sıra tədbirlər keçirməyi nəzərdə tutur. Onun sözlərinə görə, tədbirlər sırasına ilk olaraq Azərbaycanın ərzaq təhlükəsizliyinin mahiyyəti, mövcud vəziyyət və perspektivlər barədə KİV-in iştirakı ilə təşviqat xarakterli konfransların təşkili daxildir. Bundan əlavə, regionların inkişafı ilə bağlı nəzərdə tutulan yeni dövlət proqramı, ölkədə kənd təsərrüfatının inkişaf strategiyası və aqrar layihələrin əhəmiyyəti barədə təqdimatların keçirilməsi də komissiyasının fəaliyyət planına daxil edilib.

Komissiya sədri onu da deyib ki, prezident İlham Əliyevin növbəti 5 illik inkişafa dair qarşıya qoyduğu hədəflərin geniş şəkildə təbliğ olunması da partiyanın iqtisadi məsələlər komissiyasının gündəmində olan əsas məsələlərdən biridir. İclasda komissiyanın üzvləri çıxış edərək, 2014-cü ilin Fəaliyyət Planı haqda fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda YAP-ın İqtisadi məsələlər komissiyasının 2014-cü il üçün Fəaliyyət Planı təsdiq edilib. YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini seçilib.


AzNews.az
Bağla X