- Köhnə - Cəmiyyət
- 28 Yanvar 2014 21:53
- 3 059
Erməni mətbuatı: “Əsir düşən 77 yaşlı erməni psixi xəstədir”
"Qafqazinfo" xəbər verir ki, kənd ağsaqqalı Xocayan Mamikan Tiqranoviçin 77 yaşı olduğunu və psixi xəstəlikdən əziyyət çəkdiyini bildirib:
"Günorta kəndlilər onu əlində vedrə görüblər. Soruşdular ki, "hara gedirsən"? Cavab verib ki, üzüm toplamağa gedir. Qışın ortasında nə üzüm" Bağlar kənddən 8 kilometr aralıdır, beləcə o təsadüfən sərhədi keçib. Kənd ağsaqqalının sözlərinə görə, onun əsir düşməsi ilə bağlı xəbəri Azərbaycan mediasından alıb.
Xatırladaq ki, Müdafiə Nazirliyi bu gün rəsmi məlumat yayaraq bildirib ki, saat 15:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
AzNews.az