Nərimanov İcra Hakimiyyəti hesabat verdi- FOTOLAR


Bu gün Nərimanov rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2013-cü fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib.

AzNews.az xəbər verir ki, yığıncaqda Nərimanov rayon İcra Hakimiyyəti başçısı Abidin Fərzəliyev açaraq son bir ildə rayon ərazisində görülən sosial layihələr haqqında məlumat verib.

A.Fərzəliyev həmçinin Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş dövlət proqramında Nərimanov rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat verib və Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin yaradılmasının əhaliyə daha keyfiyyətli xidmət göstərilməsində əhəmiyyətli rolundan danışıb. İcra başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elmar Abbasov yığıncaqda hesabatla çıxış edib.

Bildirib ki, "Azərbaycanın bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən edilməsi haqqında" ölkənin 02 noyabr 2012-ci il tarixli, 458-İUQ nömrəli qanuna və rayon icra başçısının 06 dekabr 2012-ci il tarixli, 472 nömrəli sərəncamına əsasən rayonun inzibati ərazi vahidi tərkibində 1,2 və 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi yaradılıb. Nümayəndəliyin ərazisi 7,35 kv.km, əhalisi isə 72861 nəfərdir.

Ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatlarının sayı 21225-dir. E.Abbasov qeyd edib ki, ölkə başçısı İlham Əliyev 2013-cü ildə 6 dəfə rayonumuza gəlib, onlardan 4-ü Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi ərazində olub. Belə ki, ölkə başçısı ötən ilin mayın 20-də və oktyabr ayının 22-də Dədə Qorqud parkında aparılan işlərlə tanış olub.

Nəhayət ötən ilin noyabrın 3-də "Qəbələ-meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı" layihəsi çərçivəsində inşa edilən beş tunelin və dekabr ayının 12-də "Kitabi-Dədə Qorqud" abidəsinin və yeni salınan Dədə Qorqud parkının və bu ilin yanvar ayının 7-də Bakı Sağlamlıq Mərkəzinin açılışında iştirak edib. E.Abbasov vurğulayıb ki, nümayəndəlik tərəfindən vətəndaşların qəbulu, onların ərizə, şikayət və təkliflərinə baxılıb, lazımi tədbirlər də görülüb.

İl ərzində Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi ərazisində 9 səyyar qəbul və görüşlər keçirilib, həmin qəbul və görüşlərdə yüzlərlə sakinlər iştirak edib. Keçirilən qəbullar zamanı sakinlər tərəfindən edilən 69 müraciət qeydə alınıb və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb. Keçirilən səyyar görüş və qəbullarda qaldırılan məsələlər küçə və məhəllədaxili yolların təmiri, maddi yardım, dam örtüyünün təmiri, məhəllələrin abadlaşdırılması, işə düzəlmə, kommunal problemlərlə, təhsil, səhiyyə müəssisələrinin təmiri, tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması və sosial yönümlü məsələlərlə bağlı olub.

O əlavə edib ki, 2012-2013-cü tədris ilində nümayəndəliyin ərazisində yerləşən təhsil ocaqlarından 36 və 200 nömrəli orta məktəblər, 69 nömrəli uşaq bağçası və 23 nömrəli musiqi məktəbi, əsaslı təmir olunub. Məktəb Lisey Kompleksində əlavə tədris korpusu inşa edilib. K.Rəhimov küçəsində Ak. Həsən Əliyev küçəsinədək olan ərazidə yaşıllıq zolağı salınaraq sakinlərin istifadəsinə verilib. Hazırda bu yaşıllıq zolağına, həmçinin Ak. Həsən Əliyev və A.M.Cümə küçələrinin kəsişməsindəki 15 ha. ərazidə salınmış parka aqrotexniki qulluq göstərilir.

Daha sonra Kooperasiya Universitetinin kafedra müdiri, professor Vilayət Əliyev, Məktəb Lisey Kompleksinin director müavini Nizami Məmmədov və Azərbaycan Turizm İnstitutunun 3-cü kurs tələbsi, tələbə-gənclər təşkilatının sədri Ağamir Ağamirov rayon rəhbərliyinə işlərinə düzgün nəzarət və rəhbərlik etdiyinə, gənclərə yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildiriblər. Sonda yığıncaqda çıxış edənlər, ərazidə yerləşən təşkilatların nümayəndələri hesabatla bağlı təklif və fikirlərini bildirmiş, onları narahat edən mövzular ətrafında müzakirələr aparılıb.

Amid
AzNews.az
image description image description image description