Rəsulzadə anıldı – Yubiley


Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə həsr edilmiş "Məhəmməd Əmin Rəsulzadənin siyasi fikirləri" adlı elmi- praktik konfrans keçirilib.


AzNews.az-ın məlumatına görə, Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası təşkilatçılığı ilə (AVCİYA) keçirilən konfransda qurumun vitse-prezidenti Vəli Əlibəyov M.Ə. Rəsulzadənin Azərbaycan tarixindəki rolundan, nəinki türk xalqları içərisində hətta bütün Şərqdə ilk dəfə olaraq respublika qurmasından danışıb.

M.Ə. Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə isə babasına göstərilən diqqətdən məmnun olduğunu bilidirib.

BDU-nun dosenti Nəsiman Yaqublu isə son günlər Azərbaycanda Rəsulzadə ilə bağlı silsilə tədbirlərin keçirilməsini müsbət hal kimi dəyərləndirib:

"Bu tədbirlər təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə keçirilir. Sabah Moskvada Rəsulzadə ilə bağlı tədbir keçiriləcək. Həmin tədbirdə iştirak üçün bizə də dəvət göndərilib.

O cümlədən, Türkiyədə də belə bir tədbir olacaq. Bu cür tədbirlərin keçirilməsi göstərir ki, Rəsulzadəyə diqqət böyükdür. Bu gün ABŞ, Almaniya, Rusiya və Polşada M.Ə.Rəsulzadə isrini araşdıran alimlər yetişməkdədir. Onların arasında Yaponiya alimlərinin tədqiqatlarının xüsusi yeri var".

N. Yaqublu onu da bildirib ki, Rəsulzadə yaşadığı ölkələrdə təşkilatlar yaradaraq, siyasi fəaliyyətlə məşğul olub: "Ona görə də Rəsulzadə deyəndə təkcə Azərbaycan deyil, bütövlükdə Qafqaz tarixi nəzərdə tutulur".

N. Yaqublu qeyd edib ki, Ankara Milli Kitabxanasında M.Ə. Rəsulzadənin kitablarından ibarət fondda fəaliyyət göstərir.

Sonra konfrans tədqiatçı-alimlərin çıxışları ilə davam etdirilib.

AzNews.az