Azərbaycanda şaxtaların rekord həddi proqnozlaşdırılır - VİDEO

Hidrometeroloqların soyuq hava şəraiti ilə bağlı proqnozları özlərini doğruldur. Axşamdan başlayaraq şimal bölgəsində qar müşahidə olunur. Temperatur birdən-birə dağlıq ərazilərdə - 8-9, rayon mərkəzlərində -3-5 dərəcəyə qədər düşüb. Quba ərazi hidrometeoroloji müəssisəsinin məlumatına görə, dağlıq ərazilərdə qarın hündürlüyü 15 sm çatib, Bakı-Quba-Rusiya yolu buz bağlayıb.
Bu günlər ümumiyyətlə, bütün ölkə üzrə şaxtanın rekord həddə çatacağı proqnozlaşdırılır. Anomal soyuqların ölkə ərazisində dağlıq və dağətəyi rayonları əhatə edəcəyi gözlənilir. Bu gündən ölkə ərazisində qeyri-sabit hava şəraiti və yolların buz bağlayacağı proqnozlaşdırılır. Ölkənin bəzi magistral yollarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Baş Dövlət Yol Polisi idarəsi axşam və gecə saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı barədə sürücülərə xəbərdarlıq edib. Bu səbəbdən bəzi avtomobillərin həmin istiqamətlərdə hərəkətlərinə məhdudiyyət qoyulacaq, əsasən Şamaxı, Ağsu aşırımları tərəfində hərəkət edən avtomobillərin sürücüləri diqqətli olmalıdırlar.
Bəzi Avropa ölkələrində qarlı hava şəraiti hökm sürür.

Bolqarıstan

Bolqarıstanda güclü qar və külək həyatı iflic edib. Ölkənin böyük bir hissəsində tüğyan edən çovğun artıq 4 nəfərin ölümünə səbəb olub. Şaxtalı hava ölkənin şərqində onlarla kəndi işıqsız və içməli susuz qoyub. Güclü qar yağması yolların bağlanmasına və nəqliyyatın hərəkətinin iflic olmasına gətirib çıxarıb. Kəskin hava şəraiti ilə əlaqədar Bolqarıstanda yüzlərlə məktəbdə tətil elan edilib. Qara dənizdəki əsas liman olan Varna limanı da bağlanıb.

Moskva

Rusiyanın paytaxtı Moskvada isə rekord şaxta qeydə alınıb. Şəhərdə temperatur mənfi 26 dərəcəyədək, Moskva vilayətində isə mənfi 30 dərəcəyədək düşüb. Moskva Şəhər Nəqliyyat İdarəsi şaxtalı havada sakinlərin dayanacaqlarda gözləmə müddətini azaltmaq məqsədilə xəttə əlavə avtobus, tramvay və trolleybuslar buraxıb. Moskvada şaxtalı havanın bu həftənin sonuna kimi davam edəcəyi proqnozlaşdırılır. Meteoroloqlar Moskva vilayətində temperatunun yanvarın sonları üçün səciyyəvi olan temperaturdan 10 dərəcə aşağı olduğunu bildirirlər.





AzNews.az