21:45
(077) 610-22-33

Abşeron qaranlığa qərq oldu – Qarın “işığı”

  • >
4 469 31 Yanvar 2014 00:14 | Cəmiyyət

Bu gün axşam saatlarından başlayan qar Bakının bir sıra qəsəbələrində, eləcə də ətraf rayonlarda bir sıra problemlər yaradıb. AzNews.az xəbər verir ki, problemlər təkcə yolların buz bağlaması, avtomobillərin hərəkətinin çətinləşməsi və saysız-hesabsız qəzaların baş verməsi ilə bağlı deyil.

Qarın yağması bir sıra yerlərdə elektrik enerjisinin verilməsində də problemlər yaradıb. Bu, hal daha çox Abşeron rayonunda baş verib. Belə ki, saat təxminin 22 radələrindən etibarən rayonun bütün kəndlərində, eləcə də mərkəz – Xırdalan şəhərində elektrik enerjisi tamailə dayanıb. Buna səbəb kimi elektrik stansiyasında yaranmış nasazlıq göztərilir.

Azər
AzNews.az

Bağla X