10:09
(077) 610-22-33

Ordunun qış hazırlığı ilə bağlı rəsmi - Açıqlama

  • >
1 247 31 Yanvar 2014 15:30 | Cəmiyyət


Qış mövsümünə hazırlıq üzrə tədbirlər müdafiə nazirinin təsdiq etdiyi əmrlərin tələblərinə və plana uyğun olaraq yerinə yetirilib.

Müdafiə Nazirliyindən AzNews.az-ın sorğusuna verilən cavabda bildirilib ki, yüksək dağlıq və çətin iqlim şəraitində yerləşən hərbi hissələrimiz artıq çoxdan qış mövsümünə hazırdırlar.

Məlumatda o da qeyd olunub ki, Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələr qışa hazırlıq prosesini çoxdan yekunlaşdırıb, şəxsi heyət qış geyim forması və isti paltarla, bölmələr təbii qaz, dizel, soba və odun yanacaqları ilə normalara uyğun olaraq tam təmin ediliblər.

Amid
AzNews.az
Bağla X