AMEA- da Rəsulzadəyə aid tədbir keçirilib

Yanvarın 31-də AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnsitutunda Azərbaycan Cümhuruyyətinin banisi, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi və yubiley ərəfəsində tanınmış filosof Yadigar Türkel tərəfindən böyük aydınımızın yenidən nəşr olumuş "Çağımızın Siyavuşu" fəlsəfi-ideoloji əsərinin gördüsü qeyd olunmuşdur. Tədbiri giriş sözü ilə açan Y.Türkel böyük aydınımızın "Çağımızın Siyavuşu" fəlsəfi-ideoloji əsərinin yenidən işlənməsinin səbəblərini saydi. O bildirdi ki, əsas məqsəd "Çağımızın Siyavuşu"nun latın yazısında da olması, kitab haqqında toplumda yaranmış bir sıra düçüncələri aradan qaldırmaq və əsərin Ankara çapı ilə 1991-ci il kiril yazısında çapında baş vermiş çatışmazlıqları aradan qaldırmaq olmuşdur.
Filologiya elmləri doktoru Asif Rüstəmli çıxışında Azərbaycanda çap olunmuş ilk kitabının - "Azərbaycan Cümhuriyyəti"nin 1990-cı ildə ərəb yazısından kirilə çevrilməsində özünün və başqalarının əməyindən danışdı. O, Rəsulzadənin əsərlərinin Y.Türkel tərəfindən latın yazısına çevrilməsi prosesinin davam etdirilməsinin çox yüksək dəyərləndirdi. Rəsulzadənin yeni kitablarının çap olunmasının milli ideologiyanın formalaşması baxımdan da önəmini qeyd edən A.Rüstəmli bildirdi ki, kitabın dili də yeni nəslin milli ruhda yetişməsinə müsbət təsir göstərəcəkdir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov isə bildirdi ki, müstəqil olduğumuz ötən 22-23 il ərzində Rəsulzadə irsini və onun ideyalarini cəmiyyətin çox az hissəsi əsasən bələd ola bilmişdir. Cəmiyyətin xeyli bir qismi Rəsulzadə irsi və ideyaları ilə bağli çox az, səthi şəkildə tanəşdilar. Onun fikrincə, yalniz son zamanlarda Rəsulzadə irsinə və onun ideyalarina maraq artmiş, xüsusilə gənc nəsil milli ideoloqun ideyalarını mənimsəməyə başlamişdir. F.Ələkbərov dedi ki, Səlcuqlar dövlətinin banisi Səlcuq, Səfəvilər dövlətinin banisi Şah İsmayil olduğu kimi, Rəsulzadə də Azərbaycan Cümhuriyyətinin banisi, ilk dövlət başçısıdir. Onun fikrincə, Rəsulzadə türkləşmək, islamlaşmaq və müasirləşmək əsasinda Azərbaycan Milli İdeyasının - azərbaycançılılğın əsasını qoymuşdur. Ancaq bu Azərbaycançılıq ideyası yalnız Şimali Azərbaycanı deyil, Dərbanddən Qəzvinə qədər olan Bütöv Azərbaycan ideyasıdır! Sonda o, bu mənada, Rəsulzadənin "Çagımızın Siyavuşu" əsərinin milli konsepsiya kimi yüksək dəyərə malik olduğunu bildirmişdir.
Filologiya elmləri doktoru, prof. Əlizadə Ələsgər kitabin elmi-siyasi dəyərini, Azərbaycan tarixində yerini yüksək dəyərləndirdi. Onun fikrincə, "Çagımızın Siyavuşu" yeni nəslin formalaşmasında mühüm yerə malikdir. Professor bildirdi ki, kitabın dilinin ərəb-fars dillərindən təmizlənməsi də mühüm amillərdən biridir. Bu mənada, o, kitabi ərsəyə gətirdiyinə görə Yadigar bəyin əməyini yüksək qiymətləndirdi.
Tarix üzrə fəlsəfə doktoru Xəliyəddin Xəlilli isə Rəsulzadənin çox böyük etnoqraf olmasindan bəhs etdi. Rəsulzadənin ensiklopedik zəkaya sahib oldugunu deyən X.Xəlillinin fikrincə, Azərbaycan etnoqrafiyasını onun kimi yazan ikinci bir şəxsiyyət yoxdur.
Jurnalist İntiqam Mehdizadə Rəsulzadənin 1920-ci il 27 aprel süqutundan sonra Lahicda yaşadığı həyatindan, Lahic qəsəbəsinin insanlarinin ona necə sahib çixmasindan söz açdi.
Hüquq elmləri doktoru, prof. Habil Qurbanov isə bildirdi ki, dövlət başçısı İlham Əliyevin Rəsulzadnin 130 illik yubileyi ilə bağlı sərəncam verməsi ona verdiyi dəyərin nümunəsidir. Çünki adətən yubiley illəri əsasnəməyə görə başqa tarixlərə düşür. Ancaq İ.Əliyev Rəsulzadəyə ayrica diqqət yetirərək onun yubileyinin keçirilməsi haqqinda sərəncam imzalamışdir.
Tədbirdə başqa alimlər də çixiş edərək "Çagımızın Siyavuşu" əsəri və Rəsulzadənin yubileyi ilə bağlı fikirlərini bölüşmüşlər.(Musavat.com)