Kəmaləddin Heydərov Göygöl şəhərində vətəndaşları qəbul edib

Yanvarın 31 - də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Göygöl şəhərində vətəndaşları qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, nazirin qəbulunda Gəncə şəhərinin, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən və Samux rayonların sakinləri iştirak edib.

Nazirin dinlədiyi 32 nəfər vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 280, digər məsələlərlə bağlı müraciət etmiş 145 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.


AzNews.az